Ukraynadan Rusiyaya BÖYÜK ZƏRBƏ
Bizi izləyin

İdman

Ukraynadan Rusiyaya BÖYÜK ZƏRBƏ

2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatı haqda indidən qalmaqallı fikirlər səslənməyə başlayıb.

Publika.az xəbər verir ki, rəsmi Kiyev və Ukrayna Futbol Federasiyası (UFF)

Rusiyada baş tutacaq 4 illiyin ən böyük futbol yarışını boykot etməyi planlaşdırır. Bu barədə “İzvestiya” qəzeti yazıb. Nəşr UFF-dakı mənbəsindən aldığı informasiyaya görə bunları yazıb: “Ukrayna tərəfi dünya çempionatına kimi Rusiya ilə gərginliyin münasibətlərin aradan qalxmasına şübhə ilə yanaşır. Bu üzdən Federasiya rəhbərliyi Ukrayna millisinin DÇ-2018-in final mərhələsinə vəsiqə qazanacağı təqdirdə öz xoşuyla iştirakdan imtina etməsi haqda düşünür”.

“Xoxollar” seçmə mərhələdə Finlandiya, islandiya, Kosovo, Xorvatiya və Türkiyə milliləri ilə eyni qrupda mübarizə aparır. Rusiya isə təşkilatçı ölkə kimi buirbaşa final mərhələsinə vəsiqə qazanıb.

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm