OLİMPİADANIN FƏSADLARI: Xarabalığa çevrilən məkanlar - FOTOLAR
Bizi izləyin

İdman

OLİMPİADANIN FƏSADLARI: Xarabalığa çevrilən məkanlar - FOTOLAR

Olimpiada planetin ən böyük idman yarışıdır. Dünyanın bütün ölkələrindən idmançıların qatıldığı dostluq mübarizəsində təşkilatçıların üzərinə böyük məsuliyyət düşür. Olimpiada üçün infrastruktura əl gəzdirilir, xeyli obyektlər tikilir. Ancaq bu böyük məsuliyyətin altından çıxmaq üçün təşkilatçılar bəzən düzgün hesablama apara bilmir. Yeni idman obyektləri tikilir və illər sonra istifadəsiz qalan bu obyektlər xarabalığa çevrilir. Hətta elə yerlər var ki, sanki yarış başa çatan kimi necə varsa, elə də qoyub gediblər.

Publika.az Almaniya-1938-dən Pekin-2008-dək müxtəlif illərdə Olimpiya Oyunlarından yadigar qalan istifadəsiz obyektlərin hazırki vəziyyətinin fotolarını təqdim edir:

1. Sarayevo-1984, Qış Olimpiya Oyunları (QOO) – mükafatlandırma kürsüsü

2. Sarayevo-1984, QOO - bobsley trası

3. Sarayevo-1984, QOO – idman kompleksi

4. Kortina D`Ampetso-1956, QOO – xizəklə tullanmaq üçün tramplin

5. Afina-2004, Yay Olimpiya Oyunları (YOO) – softbol və beysbol meydanı

6. Berlin-1936. YOO – Olimpiya kəndi

7. Afina-2004, YOO – hovuz və Olimpiya kəndi

8. Pekin-2008, YOO – çimərlik voleybolu zalı

9. Sarayevo-1984, QOO – İqman dağ nəqliyyatı

10. Afina-2004, YOO – softbol stadionu

11. Afina-2004, YOO – su idmanı kompleksi

12. Berlin-1936. YOO – hovuz

13. Berlin-1936. YOO – içərisində mətbəx və yeməkxana olan milli ev (foto - 2008)

14. Afina-2004, YOO – Olimpiadanın rəsmi “Evinə xoş gəldin” şüarı məhv edilib.

15. Afina-2004, YOO – Açılış mərasiminin keçirildiyi arena

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm