“Get qablarını yu” ifadəsi ona baha başa gəldi - FOTO
Bizi izləyin

İdman

“Get qablarını yu” ifadəsi ona baha başa gəldi - FOTO

Müasir futbolda qadın hakimlərin oyun idarə etməsi adi hala çevrilib. Ancaq hələ də zərif cinsin nümayəndələrinin yaşıl meydanda gördüyü işi qısqanclıqla qarşılayanlar var.

Publika.az xəbər verir ki, Kataloniya liqasında maraqlı hadisə yaşanıb. “UE Vallas” – “Kambrils Unio” qarşılaşmasını idarə edən Marta Qaleqo etdiyi hərəkətlə İspaniya mətbuatının gündəminə düşüb. Belə ki, qadın referi tribunadan ona “Get qablarını yu” deyən azarkeşi stadiondan “qovub”.

İspaniyanın “As” qəzetinin yazdığına görə, oyunun gedişində tribunadan ünvanına səslənən cinsi təcavüz şüarlarını eşidən Qaleqonun “beyni çönüb”. Oyunu dayandıran referi ağzına yiyəlik edə bilməyən azarkeşin tribunadan qovulmasını tələb edib.

Təhlükəsizlik xidməti sonradan “UE Vallas” klubunun üzvü olduğu deyilən həmin şəxsi birtəhər stadiondan uzaqlaşdıra bilib. Bununla hirsi soyumayan qadın hakim oyunun protokolunda həmin şəxsdən Kataloniya Futbol Federasiyasına şikayət edib.

Martanın reaksiyası tribunadakı digər azarkeşlərin alqışına səbəb olub.

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm