İdman
“Neftçi”də TƏCİLİ İCLAS: Mükafatlar ləğv edildi, günahkarlar...
Ötən gün baş tutmuş "Neftçi” – "Qəbələ” matçından sonra "Neftçi” PFK-nın Müşahidə Şurasının növbədənkənar iclası keçirilib.
Publika.az klubun rəsmi internet səhifəsinə istinadən xəbər verir ki, komandanın inzibati binasında təşkil olunmuş iclas səhər saatlarına qədər davam edib və toplantıda bir sıra qərarlar qəbul olunub.
Müzakirələr zamanı əsas komandanın yeni mövsümdəki nəticələri, eyni zamanda klubun yay aylarında yürüdülən transfer siyasəti qənaətbəxş hesab edilməyib, bu transferlərin reallaşdırılmasında rolu olan şəxslərin ciddi şəkildə cəzalandırılması və tutduğu vəzifədən kənarlaşdırılması qərara alınıb.
Digər qərara görə, "Neftçi”nin hazırkı əsas heyətində ciddi islahatlar aparılacaq. Həmçinin əsas komandanın məşqçi heyəti və klubun inzibati heyətinin dəyişdirilməsi qərara alınıb.
"Klub və komanda heyətinin maaşlarına yenidən baxılacaq, eyni zamanda mükafat və bonuslar ləğv ediləcək. "Neftçi” PFK olaraq azarkeşlərimizi və klubumuzu sevən hər kəsi bu çətin keçid dövründə bizə dəstək olmağa çağırırıq", - deyə məlumatda bildirilir.
-
Nida Xəbər 11:43
Prezidentin yüksək vəzifəyə təyin etdiyi Anar Axundov kimdir? - DOSYE
-
Sosial11:12
Aytən Səfərovanın son vəziyyəti AÇIQLANDI
-
Cənubi Qafqaz10:55
Rusiyanın Gümrüdəki hərbi bazasına hücum oldu - DETALLAR
-
Dünya10:15
Bayden İsrailə bu İsrail şəhərinə hücumu qadağan etdi: Rusiya ələ saldı
-
Nida Xəbər 09:30
Bakıda bu ərazi sökülür - Sakinlər narazıdır
-
Avropa09:00
Putinin sabiq həyat yoldaşı Lyudmilanın hazırkı ərinin villası bu ölkədə müsadirə edildi
-
Nəqliyyat08:25
Paytaxtın bu yollarında tıxac yarandı - SİYAHI
-
Sağlamlıq07:37
Yaz aylarında infarkt riski artır - Hansı tədbirləri görmək lazımdır?