Rio-2016: İki idmançımız mübarizə aparacaq
Bizi izləyin

İdman

Rio-2016: İki idmançımız mübarizə aparacaq

Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunlarında bu gun iki idmançımız mübarizə aparacaq.

Publika.az xəbər verir ki, paralimpiyaçılarımız atıcılıq və atletika yarışlarında qüvvələrini sınayacaqlar.

Milli komandamızın üzvü Yelena Taranova 25 metr məsafəyə qarışıq növdə atəşaçma yarışlarında gücünü sınayacaq. Atıcımız 31 idmançı ilə birlikdə mübarizə aparacaq.

Atletimiz Yelena Çebanu isə 200 metr məsafəyə qaçış yarışlarına qatılacaq. O, birinci qrupda almaniyalı Katrin Muller-Rottqard, Braziliya təmsilçisi Alisiya de Oliviera Korrea və Papua Yeni Qvineyadan olan Joylin Ceffereyə qarşı yarışacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm