23 dəqiqəyə 3 penalti dəf etdi - VİDEO
Bizi izləyin

İdman

23 dəqiqəyə 3 penalti dəf etdi - VİDEO

Futbolda penalti zərbələrini dəf etmək daha çox şans məsələsidir. “Ağ nöqtə”dən vurulan zərbələrin çoxu qolla nəticələnir. Ancaq nadir hallarda çərçivədə dayanan qapıçı penaltinin kabusuna çevrilir.

Publika.az xəbər verir ki, Şotlandiyanın 2-ci liqasında mübarizə aparan “Dandi Yunayted”in qolkiperi Kemmi Bell son turda əsl qəhrəmanlıq göstərib. O, 23 dəqiqə ərzində “Danfermlayn”ın 3 penalti zərbəsini dəf edib. Nəticədə “Dandi” meydandan 3:1 hesablı qələbə ilə ayrılıb.

5 turdan sonra “Dandi” 8 xalla turnir cədvəlində 4-cü pillədə qərarlaşıb. Ötən mövsümü isə komanda Premyer Liqada keçirmişdi.

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm