• USD 1,7000 0,00% EUR 1,9187 +0,51%
    • GBP 2,1242 +0,29% RUB 0,0239 -0,84%

KURYOZ: Avtobus yola düşdü, futbolçu yaddan çıxdı

  • İdman
  • 12 Sentyabr 2016 10:52
  • 595 Baxış
KURYOZ: Avtobus yola düşdü, futbolçu yaddan çıxdı

Türkiyə çempionatının son turunda səfərdə “Fənərbağça”ya minimal hesabla (1:0) qalib gələn “Bursaspor”un rəhbərliyi sevincdən başını itirib.

Publika.az xəbər verir ki, oyun başa çatandan sonra miks-zonada jurnalistlərə açıqlama verən “Timsahlar”ın 25 yaşlı müdafiəçisi Aziz Behiç kuryoz hadisəylə üzləşib. Komandanın avtobusu stadiondan ayrılarkən Aziz yaddan çıxıb.

Təəccübünü gizlədə bilməyən Behiç bir müddət stadionda qaldıqdan sonra xüsusi maşınla avtobusa çatdırılıb.

Pərviz Hikmət

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR