Boliviyada Azərbaycan çempionatını aşağıladılar
Bizi izləyin

İdman

Boliviyada Azərbaycan çempionatını aşağıladılar

Boliviyanın “Bolivar” klubunun prezidenti Qvido Loyyaza bildirib ki, “Paçuka”, “Krus Asul” və Monterrey” kimi klubların maraq dairəsində olan qapıçı Romel Kinyonesin Azərbaycanda oynamasının əleyhinədirlər.

Publika.az rekord.az-a istinadən xəbər verir ki, Loyyaza Boliviya KİV-ə bunları söyləyib: “Bəli, “Paçuka” və daha bir neçə klub Kinyoneslə maraqlanır. Yeganə istədiyimiz budur ki, o, Azərbaycan, Özbəkistan və bu kimi digər çempionatlara keçməsin. Biz onun üçün ən yaxşısını istəyirik və düşünürəm ki, buna nail ola biləcəyik”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm