Messidən növbəti rekord
Bizi izləyin

İdman

Messidən növbəti rekord

“Barselona”nın ulduz futbolçusu Lionel Messi Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “Seltik”lə oyunda rekorda imza atıb.

Publika.az xəbər verir ki, dünyanın ən yaxşı futbolçusu Şotlandiya klubunun qapısına 3 qol vurmaqla ÇL-də het-triklərinin sayını 6-ya çatdırıb. Bu göstəricidə onun ən yaxın izləyicisi 4 het-triklə “Real”ın lideri Kriştiano Ronaldodur. Mario Qomes, Filippo İnzagi və Luis Adrianonun aktivində isə 3 het-trik var.

Qeyd edək ki, “Barselona” – “Seltik” oyununda kataloniyalılar 7:0 hesablı qələbə qazanıblar.

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm