Çempionlar Liqasının qalibi Bakıda!
Bizi izləyin

İdman

Çempionlar Liqasının qalibi Bakıda!

Sabah “Qarabağ” Avropa Liqasının qrup mərhələsində ilk oyununu keçirəcək. Rəqib Çexiyanın "Slovan" klubudur.

Publika.az xəbər verir ki, “Dalğa Arena”da keçiriləcək oyunda “Slovan”ı meydana kapitan sarğısıyla məşhur futbolçu Milan Baroş çıxaracaq.

Bunu komandanın baş məşqçisi Yindrix Trpişovski yerli mətbuata müsahibəsində deyib. "Slovan" klubunun birinci kapitanı Lukaş Pakorni zədəli olduğu üçün sarğı təcrübəli Baroşa həvalə edilib.

Zəngin karyerası olan 34 yaşlı hücumçu "Liverpul", "Aston Villa", "Lion" və "Qalatasaray" kimi klublarda çıxış edib. Onun ən böyük uğuru 2005-ci ildə "Liverpul"la Çempionlar Liqasını qazanması olub.

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm