İdman
Roman Qriqorçuk: "Anderlext"dən çəkinmirik"
"İlk növbədə düzgün oynamağı, hücumda güclü çıxış etməyi düşünürük. İnanırıq ki, bunları bacarsaq, yaxşı nəticə qazana bilərik".
"Report" xəbər verir ki, bunu "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk UEFA Avropa Liqasının qrup mərhələsinin I turunun "Anderlext”lə səfər oyunu öncəsi Brüsseldə keçirilən mətbuat konfransında deyib.
"Rəqibi yaxşı öyrənmişik, hansı üslubda çıxış etdiyini bilirik. Belçika təmsilçisinin çox sayda güclü tərəflərini görürük. Başa düşürük ki, fərdi keyfiyyətlərə malik futbolçuları neytrallaşdırmalıyıq. Bu çox çətin vəzifədir. Lakin bu vəzifənin öhdəsindən gələcəyimizə inanırıq. Bir neçə oyunçu deyil, rəqibin bütün hücum xəttini zərərsizləşdirməyi nəzərdə tuturam. "Anderlext”in heyətində xeyli sayda belə oyunçu var. Bu futbolçular həm fərdi, həm kollektiv oyun bacarıqları ilə seçilir. Rəqibi tanıyır, hörmətlə yanaşır, amma ondan çəkinmirik", - deyə o bildirib.
Qriqorçuk qrup mərhələsi üçün qlobal vəzifələrinin olmadığını deyib:
"Yalnız qarşıdakı oyunu fikirləşirik. İndi "Anderlext”lə matç olacaq, ardınca addım-addım irəliləyəcəyik. Belçikada havanın istiliyini hiss etməmişik. Azərbaycandakı yaydan sonra çətin ki, burada bizə hava şəraiti mane olsun”.
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR
-
Sosial12:31
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
-
Maraq dünyası12:00
May ayının şanslı BÜRCLƏRİ
-
Hadisə11:18
"Oğlan subay olub, qız isə..." - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO
-
Dünya10:41
Rusiya hərəkətə keçdi: Bu ölkə qırıcıları havaya qaldırdı