AL: “Qarabağ” 1 xalla kifayətləndi, “Qəbələ” əliboş qayıdır (YENİLƏNİR)
Bizi izləyin

İdman

AL: “Qarabağ” 1 xalla kifayətləndi, “Qəbələ” əliboş qayıdır (YENİLƏNİR)

Bu gün Azərbaycanın iki klubu - "Qarabağ" və "Qəbələ" Avropa Liqasının qrup mərhələsində mübarizəyə başlayır.

Publika.az xəbər verir ki, qrup mərhələsinin açılış oyunu Bakıda olacaq. Meydana ilk olaraq "Qarabağ" çıxacaq. Ağdam klubu Avropa Liqasının qrup mərhələsində ardıcıl 3-cü mövsümün başlayır.

Qurban Qurbanovun komandası Çexiyanın "Slovan" klubunu qəbul edəcək.

Matç əvvəlcədən nəzərdə tutulduğu kimi Tofiq Bəhramov adına Respublika stadionunda yox, "Dalğa Arena"da keçiriləcək.

"Qarabağ"ın əsas kadr problemi mərkəz müdafiəçisi Bədavi Hüseynovun zədə üzündən heyətdən kənarda qalmasıdır. Rəqibdə də əsas mərkəz müdafiəçilərindən biri - kapitan Lukaş Pokornı həmin səbəbdən meydana çıxa bilməyəcək.

“Qəbələ” isə Belçikada yerli "Anderlext"in qonağı olacaq. Brüsseldəki matç Bakı vaxtilə saat 21:00-da başlayacaq. Roman Qriqorçukun komandası ötən mövsüm qrup mərhələsində debüt edib və 2 xalla sonuncu yeri tutub.

Avropa Liqası. Qrup mərhələsi, 1-ci tur

15 sentyabr

19:00 Qarabağ (Azərbaycan) - Slovan (Çexiya) 2:2

Miçel, 7. Rəşad. Sadıqov, 90+3 - Sikora, 1. Baroş, 68.

Baş hakim: Stefan Klossner

Yan xətt hakimləri: Raffael Zeder, Con-İves Uiçt

Əlavə hakim-köməkçiləri: Alan Byeri, Saşa Amhof

Dördüncü hakim: Yohannes Vogel

Hakim-inspektor: Vladimir Antonov (Moldova)

UEFA nümayəndəsi: Pavel Kolev (Bolqarıstan)

Bakı. "Dalğa Arena" stadionu

21:00 Anderlext (Belçika) - Qəbələ (Azərbaycan) 3:1

Teodorçuk, 14. Rafa Santos, 42-a/q. Kapel, 77 - Dabo, 20.

Baş hakim: Harald Laxter

Yan xətt hakimləri: Maksimilan Kolbits, Andreas Neydenreys

Əlavə hakim-köməkçiləri: Markus Hameter, Aleksander Harkam

Dördüncü hakim: Andreas Staudinger (hamısı Avstriya)

Hakim-inspektor: Lusiano Luçi (İtaliya)

UEFA nümayəndəsi: Emil Ubias (Çexiya)

Brüssel. "Konstant van den Stok" stadionu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm