Dünya çempionatlarının bombardiri necə klubsuz qaldı?
Bizi izləyin

İdman

Dünya çempionatlarının bombardiri necə klubsuz qaldı?

Mövsümlərarası dövrdə bütün klublar heyətini gücləndirmək üçün transfer bazarında fəallıq göstərir. Yay “transfer pəncərəsi” bağlanandan sonra kənarda qalan futbolçular da çox olur. Ancaq adlı-sanlı futbolçuların klubsuz qalması heç də birmənalı qarşılanmır.

Publika.az xəbər verir ki, bu transfer dönəmində də oyunu ilə keçmişə damğa vuran xeyli ulduz yaşıl meydanlardan kənarda qaldı. Vaxtilə hamının çıraqla axtardığı Emmanuel Adebayor, “İnter” və “Milan” karyerasından sonra klubları “əlcək” kimi dəyişən Salli Muntari, “Fənərbağça”dan ayrılan Raul Meyreleş, bolqarların əfsanəvi hücumçusu Dimitar Berbatov, dünya çempionatları tarixinin ən məhsuldar oyunçusu Miroslav Kloze heç kimə lazım olmadı. Təəssüf ki, onlarla yanaşı bir çox ulduz futbolçuların oyununu ən azı bu ilin sonunadək izləyə bilməyəcəyik.

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm