Ardadan Terimlə bağlı sərt sözlər
Bizi izləyin

İdman

Ardadan Terimlə bağlı sərt sözlər

Xorvatiya ilə oynanılan heyətə çağırılmamasına görə incik düşən Türkiyə milli komandasının ulduz futbolçusu Arda Turan narazılığının səbəbini açıqlayıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, A.Turan Türkiyə komandasının baş məşqçisi Fatih Terimdən şikayətlənib.

Ulduz futbolçu Xorvatiya ilə oyuna çağırılmyacağı barədə milli komandadan heç kəsin ona məlumat vermədiyini söyləyib: “Əslində, Xorvatiya ilə oyuna çağırılmadığıma görə incimirəm. Məni əsas incidən odur ki, bu barədə mənə aidiyyəti şəxslərdən bir nəfər belə telefon açıb hər hansı söz deməyib. Bu barədə mənə zəng edib bir kəlmə məlumat versəydilər, pismi olardı? Bu qədər xidmət etmişik, əvəzində mənə olan hörmət budur? Ədalətli davranılsaydı, daha yaxşı olardı. Eybi yox, bu günə də çox şükür!”.

A.Turan futbolda hər şeyin mümkünlüyünü də söyləyib: “Əgər biz bu il Parisdə keçirilən Avropa Çempionatı zamanı İrlandiyanı üstələyə bilsəydik, indi bəlkə də başqa yerlərdəydik. Çexiya ilə oyundan qalib ayrıldıq, Portuqaliya isə qrupdan qələbə qazanmadan növbəti mərhələyə çıxdı. İrlandiyanı xal fərqi ilə üstələsəydik, bəlkə də finala qədər gedəcəkdik.

2008-ci ildə keçirilən oyunda mən qol vurmasaydım, 90-cu dəqiqədə Nihat qardaşımız da nəticəni dəyişməsəydi, nə olacaqdı? O zaman da uduzacaqdıq. Bu, futboldur, hər an hər şey dəyişə bilir. Buna görə də insanları üzməyə, peşman etməyə, illərlə qazanılan dostluğu dostluqları pozmağa dəyməz”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm