Paralimpiyaçılarımız 11-ci medalını qazanıb
Bizi izləyin

İdman

Paralimpiyaçılarımız 11-ci medalını qazanıb

Azərbaycan Rio-de-Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunlarında 11-ci medalını qazanıb.

"Report" xəbər verir ki, atletikanın nizə atma idman növündə iştirak edən idmançımız İradə Əliyeva 42.58 metr nəticə göstərərək gümüş medala sahib olub.

Beləliklə, Azərbaycan XV Yay Paralimpiya Oyunlarında 11-ci medalını qazanıb.

İdmançılarımızın əldə etdiyi medal siyahısı aşağıdakı şəkildədir:

1. Ramil Qasımov – 73kq. (Cüdo) – Qızıl

2. Bayram Mustafayev – 66 kq. (Cüdo) – Gümüş

3. Kamil Əliyev – uzunluğa tullanma (Atletika) – Gümüş

4. Yelena Çebanu – 100 m qaçış (Atletika) – Gümüş

5. Yelena Çebanu – uzunluğa tullanma (Atletika) – Gümüş

6. Raman Saleh – 100 m arxasıüstə (Üzgüçülük) – Gümüş

7. Dmitri Saleh – 100 m brass üsulu (Üzgüçülük) – Gümüş

8. Dmitri Saleh – 100 m sərbəst (Üzgüçülük) – Gümüş

9. İradə Əliyeva – nizə atma (Atletika) – Gümüş

10. Səfərov Rövşən – 81 kq. (Cüdo) – Bürünc

11. Yelena Çebanu – 200 m qaçış (Atletika) – Bürünc

Bununla da Azərbaycan idmançılarının ölkəmizə qazandırdıqları medalların sayı 11-ə (1 qızıl, 8 gümüş və 2 bürünc) çatıb və yığmamız XV Yay Paralimpiya Oyunlarının komanda hesabında 47-ci yerdə qərarlaşıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm