Dünyanın ən məşhur “Dovşan”ı Andorrada!
Bizi izləyin

İdman

Dünyanın ən məşhur “Dovşan”ı Andorrada!

“Barselona” və “Real” kimi dünya nəhənglərinin formasını geyinən argentinalı ulduz futbolçu Xavyer Saviola bilirsiz hardadır?

Publika.az xəbər verir ki, bugünlərdə 35 yaşlı veteran hücumçu Andorraya yollanıb. Burada “Ordens” klubunun məşqçi heyətində yer alacaq Saviola ehtiyac olanda meydana da çıxacaq. O, Andorra vətəndaşlığını da qəbul edib.

1981-ci il dekabrın 11-də doğulan “Dovşan” ləqəbli argentinalı futbolçu “River Pleyt”, “Barselona”, “Monako”, “Sevilya”, “Real”, “Benfika”, “Malaqa”, “Olimpiakos” və “Verona” klublarında top qovub. 2005-ci ildə FIFA onu yaşayan ən yaxşı 125 futbolçu siyahısına daxil etmişdi.

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm