Qızılı qardaşına dəyişdi - VİDEO
Bizi izləyin

İdman

Qızılı qardaşına dəyişdi - VİDEO

İkiqat Olimpiya çempionu, britaniyalı Alister Braunli qardaşına görə çempionluğu qurban verib.

Publika.az xəbər verir ki, Meksikada keçirilən Triatlon üzrə dünya seriyasının finalında finişə daha yaxın olan Alister qardaşı Conatanın halının pisləşdiyini görüb və ona yardım edib.

Yarış proqramının sonuncu mərhələsində - 10 km məsafəyə qaçışda finişə 5-10 metr qalmış kiçik Braunli haldan düşüb, huşunu itirməyə başlayıb. Həmin vaxt ikinci gələn Alister dərhal ona yaxınlaşıb. Conatanı çiyninə alaraq birlikdə finişə çatıblar. Qızıl medalı isə CAR-dan olan Henri Şuman qazanıb.

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm