“Qızıl top”un TƏQDİMATI DƏYİŞDİ
Bizi izləyin

İdman

“Qızıl top”un TƏQDİMATI DƏYİŞDİ

İlin ən yaxşı futbolçusuna təqdim olunan “Qızıl top” mükafatının şərtləri dəyişib.

Publika.az xəbər verir ki, bi ildən sözügedən mükafatı yenə “France Football” jurnalı verəcək. 6 ildən sonra özünün təqdim edəcəyi “Qızıl top” mükafatının şərtlərində dəyişikliklər edən Fransanın məşhur nəşri əvvəllər olduğu kimi, tək başına müəyyənləşdirdiyi səsverməyə yenilik gətirib.

Həmin dəyişikliklər bunlardan ibarətdir:

- Altı ildi yığma komandaların kapitanlarının, baş məşqçilərinin və jurnalistlərin rəyi əsasında təqdim edilən “Qızıl top” mükafatının qalibi əvvəllər olduğu kimi, dünyanın müxtəlif ölkələrindən olan jurnalistlərdən ibarət təşkil olunacaq münsiflər heyəti tərəfindən müəyyənləşdiriləcək.

- Bu dəfə 23 yox, 30 futbolçu arasında seçim aparılacaq.

- Təqdimetmədən öncə finala qalan 3 futbolçu sistemi ləğv ediləcək.

- Qalib gələn futbolçunun adı və kimin neçənci yeri tutduğu il başa çatmamış açıqlanacaq.

Qeyd edək ki, “France Football” jurnalının 1956-2009-cu illərdə verdiyi “Qızıl top” mükafatı ilə FİFA-nın 1991-2009-cu illərdə seçdiyi “dünyada ilin futbolçusu” mükafatı 2010-cu ildə “FİFA Ballon d’Or” adı altında birləşmişdi. Tərəflər arasında imzalanmış 6 illik müqavilə artıq başa çatıb və onu yeniləməyə ehtiyac duyulmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm