İdman
ŞOK: Azərbaycanlı hakimlərə ömürlük cəza - Bukmekerlərə işləyirlərmiş!

Beynəlxalq Tennis Federasiyası (İTF) 2 azərbaycanlı hakimi cəzalandırıb.
Publika.az xəbər verir ki, İTF vəzifəsindən sui-istifadə etdiyi üçün Şirzad Həsənov və Arxip Molotyaqini ömürlük hakimlikdən uzaqlaşdırıb.
İTF bir sıra araşdırmalar apardıqdan sonra onlarla bağlı belə sərt qərar verməyi məqsədəuyğun sayıb. Buna təmsilçilərimizin “Fyuçers” seriyalı turnirlərdəki hərəkətləri səbəb olub.
Hakimlərimiz təxminən 1 il əvvəl İsraildə keçirilən turnir zamanı bir sıra fırıldaqlara əl atıblar. Oyunun gedişində hesabı internetə canlı ötürən ədalət təmsilçiləri dəfələrlə bu addımı yubadıblar. Həsənov və Molotyaqinlə əlbir olan, matç zamanı tribunada əyləşən, həmçinin nəticədən xəbəri olan fırıldaqçılar bukmeker kontorlarında canlı pul qoyuluşu etməklə böyük məbləğdə paralar qazanıblar.
Hakimlərin dəfələrlə bu fırıldaqdan yararlandığı da bildirilir. (Apasport.az)

-
MDB02:00
Moskvada avtomobili insan izdihamının üstünə sürdü - Saxlanıldı
-
Qoroskop01:40
Günün ulduz falı: Romantik münasibətlərdə qərar anıdır
-
Nida Xəbər 00:35
Azərbaycan son 40 gündə 6 qələbə qazandı
-
Sosial11 İyul 21:43
Kabinetində nalayiq hərəkətlərə yol verən şöbə müdiri işdən çıxarıldı
-
Yaxın Şərq11 İyul 21:31
HƏMAS-ın 6 komandiri öldürüldü
-
Sağlamlıq11 İyul 19:00
Xəbərdarlıq: Sabah günorta saatlarında evdən çıxmayın!
-
Kriminal11 İyul 18:30
Könülün ölümü ilə bağlı cinayət işi açıldı
-
Sosial11 İyul 17:06
Pensiya alanların nəzərinə