“Qarabağ” və “Qəbələ” dünyanın ən yaxşı klubları arasında
Bizi izləyin

İdman

“Qarabağ” və “Qəbələ” dünyanın ən yaxşı klubları arasında

Dünya ölkələrinin milli çempionatlarında davam edən ən uzun seriyaların siyahısı açıqlanıb. Maraqlıdır ki, fərqlənənlər sırasında Azərbaycan klubları da yer alıb.

Publika.az xəbər verir ki, son dövrlərdəki çıxışları ilə özlərindən söz etdirən “Qarabağ” və “Qəbələ” hazırkı seriyaları ilə də planetin ən yaxşıları arasındadılar.

Son 3 mövsümün çempionu və hazırda Premyer Liqanın lideri olan “Qarabağ” ardıcıl 11-ci ev qələbəsini qazanıb. Öz meydanında xal itirməyən ağdamlılar 8-ci pillədə qərarlaşıb. Öz meydanında ən uzun qələbə seriyası isə “Olimpiakos” (26) və “Yuventus”a (18) məxsusdur.

Ağdamlılar həm də evdə qol buraxmaması ilə diqqət çəkir. Ardıcıl 7 dəfə qapısını toxunulmaz saxlayan Qurban Qurbanovun yetirmələri ümumi siyahıda 4-cü, yüksək liqa klubları arasında 1-ci yerə şərikdir. Əyalət klubu “Vit-Corciya” ilə eyni göstəriciyə malikdir.

“Qəbələ” isə evdə deyil, ümumilikdə qol buraxmamaqda liderliyin şəriklərindəndir. Artıq 6 matçdır qapısını toxunulmaz saxlayan komanda zirvəni “Şerif”lə bölüşür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm