MTRŞ növbəti Olimpiadaları yayımlamaqdan İMTİNA ETDİ
Bizi izləyin

İdman

MTRŞ növbəti Olimpiadaları yayımlamaqdan İMTİNA ETDİ

Estoniya Milli Teleradio Şurası yayım hüququ 1 milyon dolları ötən növbəti Qış və Yay Olimpiya Oyunlarını yayımlamaqdan imtina edib.

Publika.az xəbər verir ki, qurum bunu tələb olunan məbləğin yüksək olmasıyla əlaqələndirib. Şuranın sədri Aqu Uudelepp bildirib ki, xərc bununla da bitmir: “Olimpiadanı işıqlandırmaqdan ötrü 1,1 milyon avro ödəmək lazımdır. Bundan əlavə, dövriyyə vergisi, translyasiya xərcləri və jurnalistlərin ezamiyyəti də var. Bir məqam da ondan ibarətdir ki, 2018-ci ildə Qış Olimpiya Oyunları Cənubi Koreyada, 2020-ci ildə Yay Olimpiya Oyunları Yaponiyada keçiriləcək. Yarışların gecə yarısı və ya sübh tezdən keçiriləcəyini nəzərə alsaq, bu yarışları izləmək eston tamaşaçılar üçün əlverişli olmayacaq”.

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm