Arşavinin transferində ŞOK FAKT – Putin “Arsenal”a nə qədər “yüklədi”?
Bizi izləyin

İdman

Arşavinin transferində ŞOK FAKT – Putin “Arsenal”a nə qədər “yüklədi”?

İngiltərənin “Arsenal” futbol klubu Rusiya prezidenti Vladimir Putindən qorxaraq Sankt-Peterburqun “Zenit” klubunun futbolçusu Andrey Arşavinə 15 milyon funt-sterlinq ödəyib.

Publika.az “Independent” nəşrinə istinadən xəbər verir ki, bu barədə oyunçuların transferlərindən yazan agent Con Smitin yeni kitabında deyilir.

“Rusiya prezidenti Vladimir Putinin təsiri ilə “Arsenal” “Zenit”ə 15 milyon funt-sterlinq ödədi. Bu klubun əvvəlcə istədiyindən iki dəfə çox idi”, - kitabda bildirilir.

“Zenit” Rusiya prezidentinin uşaqlıq klubudur. Klubu Rusiyanın dövlət energetika nəhəngi olan “Qazprom” idarə edir. Qəzetin əməkdaşı Yen Herbert yazır ki, məhz Putinin təsiri ilə ruslar qiymət haqqında kompromisə getməkdən imtina etdilər. Hərçənd “Arsenal”ın baş məşqçisi Arsen Venger güman edirdi ki, danışıqlarda sıçrayışa nail ola biləcək.

“Arsenal” Arşavinin imzasının alınması üçün üçaylıq qeyri-adi mübarizə aparır. Klub özbək milyarderi Əlişir Osmanovdan (“Arsenal”ın səhmlərinin 30 faizi Əlişir Osmanova məxsusdur) Rusiyadakı əlaqələrindən istifadə etməyi xahiş edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm