İdman
Hərbçilərimiz dünya çempionatını ikinci yerdə başa vurub

Makedoniyada keçirilən güləş üzrə hərbçilərin 31-ci dünya çempionatı başa çatıb.
Müdafiə Nazirliyindən Publika.az-a verilən məlumata görə, Skopye şəhərinin ən böyük idman arenalarından biri Boris Traykovski adına İdman Mərkəzində Beynəlxalq Hərbi İdman Şurasının (CİSM) himayəsi altında keçirilən çempionatda Azərbaycan yığması ümumi komanda hesabında 53 xal toplayaraq yarışları ikinci yerdə başa vurub.
Çempionatda Rusiya Federasiyası 61 xalla birinci, Ukrayna isə 52
xalla üçüncü yerə layiq görülüblər.
Sərbəst və yunan-Roma güləş növləri üzrə yarışlarda iştirak edən
idmançılarımız 2 qızıl, 4 gümüş və 3 bürünc olmaqla ümumilikdə 9
medal qazanıblar.
Xatırladaq ki, Azərbaycanın Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunun (MOİK) komandasının da qatıldığı hərbçilərin güləş üzrə dünya çempionatında 35 ölkədən 300-dən çox idmançı iştirak edib.

-
Dünya11:30
40 illik dostu İbrahim Tatlısəsi hədələdi: Bütün Türkiyə görəcək
-
Sosial10:52
Orta məktblərdə təhsil müddəti iki il azaldıla bilər: Universitetlərdə isə...
-
Nida Xəbər 09:36
Ermənilər Vardanyana görə Trampın kürəkəninə ağız açdılar: Paşinyan rədd cavabı verdi
-
Sağlamlıq09:24
Bu tarixdə xərçəng ölümcül xəstəlik sayılmayacaq - Professor şad xəbəri çatdırdı
-
Hadisə08:55
Azərbaycanda zəlzələ oldu
-
Nəqliyyat08:24
Bakının bu yollarında tıxac var - Siyahı
-
İKT07:35
İşdə süni intellektdən istifadə edənləri gözləyən TƏHLÜKƏ
-
Sağlamlıq05:45
Bu iki tərəvəz demensiyanın qarşısını alır - Professor açıqladı