ÇL: Son çempion Almaniyaya səfər edir, “Lester”in ilk ev oyunu
Bizi izləyin

İdman

ÇL: Son çempion Almaniyaya səfər edir, “Lester”in ilk ev oyunu

Çempionlar Liqasının qrup mərhələsində 2-ci tura start verilir. Bu gecə E, F, G və H qruplarında oyunlar keçiriləcək.

Publika.az xəbər verir ki, günün ən maraqla gözlənilən oyunlarından biri F qrupunda, Dortmundda baş tutacaq. Burda yerli "Borussiya" "Real"ı qəbul edəcək. La Liqanın son iki turunda xal itirən "Kral klubu" "Sarı-qaralar"la oyunda bu uğursuz gedişə son qoymağa çalışacaq.

"Borussiya" isə doğma azarkeşləri önündə - "Siqnal İduna Park"da Çempionlar Liqasının son qalibini məğlub etməyə səy göstərəcək.

Oyunöncəsi hər iki komandada itkilər var. Belə ki, Tomas Tuxel "Real"la oyunda Roys, Durm, Bender və Bartranın xidmətindən istifadə edə bilməyəcək. Yüngül zədəsi olan Obameyanqın isə "Kral klubu"yla oyunda meydana çıxıb-çıxmayacağı bəlli deyil. "Real" isə almanlarla oyunda Kazemiro və Marselonun xidmətindən istifadə edə bilməyəcək.

Lesterdə son İngiltərə çempionu "Lester" Çempionlar Liqasında ilk ev oyununu keçirəcək. Qitənin ən nüfuzlu klub turnirindəki ilk oyununda səfərdə "Brügge"ni darmadağın edən (3:0) "Tülkülər", turnirdə doğma azarkeşləri qarşısında ilk oyununda "Portu"nu sınağa çəkəcək.

Çempionlar Liqası. Qrup mərhələsi, 2-ci tur

27 sentyabr

E qrupu

22:45 Monako (Fransa) - Bayer (Almaniya)

Zədəli: Falkao (şübhəli, "Monako"), Dirar (Monako), Bellarabi, Yurçenko (hər ikisi "Bayer").

Baş hakim: David Fernandes Borbalan (İspaniya).

Monako. "2-ci Lui" stadionu

22:45 ÇSKA (Rusiya) - Tottenhem (İngiltərə)

Zədəli: Kauna, Dzaqoyev (hər ikisi ÇSKA), Keyn (Tottenhem), Dembele, Dayer, Rouz, Sissoko (şübhəli, hamısı "Tottenhem").

Baş hakim: Antonio Mateo Lahoz (İspaniya).

Moskva. ÇSKA stadionu.

1. Monako - 3, 2. Bayer - 1, 3. ÇSKA - 1, 4. Tottenhem - 0.

F qrupu

22:45 Borussiya D (Almaniya) - Real (İspaniya)

Zədəli: Obameyanq (şübhəli, "Borussiya"), Roys, Durm, Bender, Bartra (hamısı "Borussiya"), Marselo, Kazemiro (hər ikisi "Real").

Baş hakim: Mark Klattenburq (İngiltərə).

Dortmund. "Siqnal İduna Park" stadionu.

22:45 Sportinq (Portuqaliya) - Legiya (Polşa)

Zədəli: Spalvis (Sportinq), Zeeqelar (şübhəli, "Sportinq"), Pazdan (şübhəli, "Legiya").

Baş hakim: Maykl Oliver (İngiltərə).

Lissabon. "Xose Alvalade" stadionu

1. Borussiya - 3, 2. Real - 3, 3. Sportinq - 0, 4. Legiya - 0.

G qrupu

22:45 Kopenhagen (Danimarka) - Brügge (Belçika)

Cəzalı: Qrequs (Kopenhagen).

Zədəli: Rafaelov (Brügge).

Baş hakim: Kreyq Tomson (Şotlandiya).

Kopenhagen. "Telia Parken" stadionu

22:45 Lester (İngiltərə) - Portu (Portuqaliya)

Zədəli: Benalouane, Ceyms (hər ikisi "Lester"), Mendi (şübhəli, "Lester"), Pereyra (Portu).

Baş hakim: Cüneyt Çakır (Türkiyə)

Lester. Lester şəhər stadionu

1. Lester - 3, 2. Kopenhagen - 1, 3. Portu - 1, 4. Brügge - 0.

H qrupu

22:45 Sevilya (İspaniya) - Lion (Fransa)

Zədəli: Aburjania, Karriso, Kron-Dehli, Adil Rami, Soria (hamısı "Sevilya"), Qonalons, Jalle, Lakazette (hamısı "Lion"), Rafael (şübhəli, "Lion").

Baş hakim: Bas Niyhus (Hollandiya).

Sevilya. "Ramon Sançes Pisxuan" stadionu.

22:45 Dinamo Z (Xorvatiya) - Yuventus (İtaliya)

Zədəli: Asamoa, Benatia, Ruqani (hamısı "Yuventus").

Baş hakim: Manuel de Souza (Portuqaliya).

Zaqreb. "Maksimir" stadionu.

1. Lion - 3, 2. Yuventus - 1, 3. Sevilya - 1, 4. Dinamo - 0.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm