İdman
Qızlar qızılları Azərbaycana daşıdılar - FOTOLAR
Türkiyənin Antalya şəhərində yeniyetmə güləşçilər arasında 17-ci "Zəfər Kuboku" beynəlxalq turniri keçirilib. Publika.Az-ın AGF-dən aldığı məlumata görə, turnirdə Türkiyə, Rusiya, Almaniya, Fransa, Belarus, Gürcüstan, İran, Ermənistan, Bolqarıstan, Qazaxstan, Qırğızıstanla yanaşı, ölkəmizin yeniyetmə qızlardan ibarət yığma komandası da iştirak edib.
Yeniyetmə qızlarımız turniri 3 qızıl, 2 gümüş və 1 bürünc medalla başa vurub. Qızıl medalları yığmamıza Tatyana Vorontsova (49 kq), Leyla Qurbanova (52 kq) və Anita Kələntərova (70 kq) qazandırıb. Türkan Nəsirova (46 kq) və Səbinə Həmzəlzadə (49 kq) yalnız final görüşündə uduzub və gümüş medala sahib olub. 52 kq-da digər təmsilçimiz Şəbnəm Əhmədova isə bürünc medala layiq görülüb.
Məşqçilər Arif Fərmanov və Siracuddin Eldarovun rəhbərliyi
altında 7 güləşçimiz turnirdə qüvvəsini sınayıb, onlardan 6-sı
fəxri kürsüdə qərarlaşa bilib. Yığmamız komanda hesabında isə
Türkiyə və Qazaxstandan sonra üçüncü yeri tutub.
Aygün
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı