Söyüşə görə cəzalandırıldı - “Harada qarşıma çıxsa, yenə söyərəm”
Bizi izləyin

İdman

Söyüşə görə cəzalandırıldı - “Harada qarşıma çıxsa, yenə söyərəm”

AFFA İntizam Komitəsinin növbəti iclasında Premyer Liqanın XXX turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilməsi barədə məlumat yaymışıq.

Qeyd edək ki, “Xəzər Lənkəran”ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu hakimləri təhqir etdiyinə görə 5 oyunluq cəzalandırılmış, klub 5000 manat cərimə edilmişdi.

Publika.Az xəbər verir ki, klub rəsmisi ona tətbiq olunan cəzayla bağlı münasibətini açıqlayıb. H.Cəbrayıloğlu sosial şəbəkədə məsələyə aydınlıq gətirərək, hakimin söyüşlərini özünə qaytardığını yazıb:

“AFFA İK-nin qərarını anlayıram. Amma tunelə gedərkən lənkəranlı azarkeşləri küçə söyüşü ilə təhqir edən, "Əcəb eləmişəm, əlimin içindən gəlir" deyən Ramil Diniyevə nə cəza veriləcək?

Mən Diniyevin azarkeşlərimizə söydüyü söyüşləri onun özünə qaytarmışam. Harada qarşıma çıxsa, yenə o söyüşləri ona qaytaracam”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm