Qəza zamanı adam öldürən “Neftçi”nin futbolçusunu polislər saxladı – FOTO+VİDEO
Bizi izləyin

İdman

Qəza zamanı adam öldürən “Neftçi”nin futbolçusunu polislər saxladı – FOTO+VİDEO

Deyəsən, Araz Abdullayev axırda cavanlığının badında gedəcək. Bir müddət öncə xoş olmayan avtoqəza hadisəsi ilə yadda qalan milli komandamızın və "Neftçi"nin gənc yarımmüdafiəçi bu dəfə də oxşar hərəkət edib. Publika.az futbolinfo.az-a istinadən xəbər verir ki, bu gün səhər saatlarında futbolçu polislər tərəfindən saxlanılıb.

Araz maşını idarə edərkən yol hərəkəti qaydalarını kobud şəkildə pozub. YPX əməkdaşları Abdullayevi maşını ilə birlikdə cərimə meydançasına aparıblar. Futbolçunun hansı qaydanı pozduğunu dəqiq bilmirik. Amma polislər onu cərimə meydançasına aparmağı lazım bilibsə, deməli, tez-tez avtoxuliqanlıq edən bu futbolçu ilə bağlı konkret səbəb var.

Videoda gördüyünüz “şou” isə bu günkü olayın təsviri deyil. Araz eyni maşınla çox hoqqalar törədib və bu, onlardan yalnız biridi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm