“Siti” çökür – VİDEO
Bizi izləyin

İdman

“Siti” çökür – VİDEO

“Siti” çökür – VİDEO

İngiltərə Premyer Liqasında təxirə salınmış oyunlar keçirilib. Publika.az xəbər verir ki, "Mançester Siti" doğma meydanda "Sanderlend"i qəbul edib və xal itirib - 2:2. "Everton" isə evdə "Kristal Palas"a uduzub - 2:3.

Qeyd edək ki, Premyer Liqanın turnir cədvəlinə 34 oyunda 77 xal toplayan "Liverpul" başçılıq edir. İkinci pillədə qərarlaşan "Çelsi" 75, üçüncü yeri tutan "Mançester Siti" 71 xal toplayıb. "Siti"nin ehtiyatda bir oyunu var.

İngiltərə Premyer Liqası

15 aprel

Arsenal - Vest Hem - 3:1

Qollar: Podolski, 44; 78, Jiru, 55 - Jarvis, 40.

16 aprel

Everton - Kristal Pelas - 2:3

Qollar: Naysmit, 61, Miralyas, 86 - Punçeon, 23, Dann, 49, Jerom, 73.

Mançester Siti - Sanderlend - 2:2

Qollar: Fernandinyo, 2, Nəsri, 89 - Uikem, 73; 83.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm