İdman
Rəqibinə təpik vurdu, ayağı qırıldı - VİDEO
İstanbulda keçirilən “Glory15 İstanbul” kikboksinq yarışında qəribə olay yaşanıb.
Publika.Az xəbər verir ki, yarışın final matçında məşhur türk idmançı Gökhan Sakiilə dünya birincisi Tayron Sponq qarşı-qarşıya gəlib.
Görüşün elə ilk raundunda Tayron Sponqun təpiklə vurduğu zərbənin qarşısını ayağını qaldıraraq alıb. Bu zaman Gökhan rəqibinin ayağını qırılmasına səbəb olub və hakim döyüşü dayandırıb.
Gökhan Saki rəqibinin ayağı qırıldığı üçün çox da sevinməyib. Matçı dayandıran hakimin yanından ötərək rəqibinin başını qucaqlayaraq ona təsəlli verib.
Qeyd edək ki, döyüşün çempionu olan Gökhan Saki həm qızıl kəmərin, həm də 200 min dollarlıq mükafatın sahibi olub.
Rinqdən düşdükdən sonra Gökhan Sakini "Qalatasaray"ın hollandiyalı ulduzu Uesli Sneyder və həyat yoldaşı Yolante Kabau da təbrik edənlər arasında olub.
Onu da bildirək ki, məşhur “k1” ulduzu azərbaycanlı idmançı Zabit Səmədov da Gökhan Sakinin döyüşünü izləyənlər arasında olub. Onun döyüşündən qısa bir video çəkərək öz “instagram” səhifəsində yerləşdirib və idmançını təbrik edib:
“Qardaşım, təbriklər. “Glory 15”in çempionu, təbriklər!”
Aygün İlqarqızı
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR