“Spirin yaltaq olub, həmişə SSRİ-ni biabır edib”
Bizi izləyin

İdman

“Spirin yaltaq olub, həmişə SSRİ-ni biabır edib”

AFFA-nın azərbaycanlı hakimlərə seminar keçmək üçün Antalyaya dəvət etdiyi rusiyalı hakim, UEFA kuratoru Aleksey Spirinin mətbuata verdiyi müsahibəd

AFFA-nın azərbaycanlı hakimlərə seminar keçmək üçün Antalyaya dəvət etdiyi rusiyalı hakim, UEFA kuratoru Aleksey Spirinin mətbuata verdiyi müsahibədə məşhur hakim Tofiq Bəhramov haqqında xoşagəlməz ifadələr işlətdiyi barədə məlumat vermişdik.

Qeyd edək ki, 1966-cı ilin məşhur İngiltərə - Almaniya matçında həmyerlimizin qəbul etdiyu qərara münasibət bildirən Spirin Bəhramovun həmin qərarı intuitiv qəbul etdiyini iddia edib. Spirin bildirimişdi ki, guya Bəhramov 1991-ci ildə Spirinlə görüşdə həmin epizodla bağlı danışarkən deyib ki, əsas olan qolun olub-olmamağı yox, kraliçanın əlini öpməkdir.

Rusiyalı sabiq hakimin bu açıqlaması Azərbaycanın futbol ictimaiyyəti arasında ciddi narazılıqla qarşılanıb. Publika.az xəbər verir ki, rekord.az-a açıqlama verən ötənlərin tanınmış hakimi Rüstəm Rəhimov Spirini sərt şəkildə tənqid edərək, onun iç üzünü açıb:

“Spirinin açıqlamasından xəbərim var. Birincisi, Tofiq Bəhramov dünya səviyyəsində öz sözünü demiş hakimdir. Onu bütün dünya tanıyır. Spirin kimdir ki, Tofiq müəllim haqda fikir söyləsin. Tofiq müəllim haqqında başda Latışev olmaqla SSRİ-nin ən məşhur hakimləri müsbət fikir söyləyib. Spirin kim olub ki? Həmişə yaltaqlıq edib. 1990-cı ildə İtaliyada keçirilən dünya çempionatında o da hakimlik edib. Getdi, SSRİ-ni biabır elədi qayıtdı. Bu cür insanın Tofiq Bəhram haqda danışmağa ixtiyarı yoxdur".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm