Ukraynanın simvolu Rebrova tapşırıldı
Bizi izləyin

İdman

Ukraynanın simvolu Rebrova tapşırıldı

Ukraynanın simvolu Rebrova tapşırıldı

Ukraynanın "Dinamo" (Kiyev) klubunun yeni baş məşqçisi müəyyənləşib.

Publika.az xəbər verir ki, Oleq Bloxinin istefaya göndərilməsinin ardından boş qalmış posta komandada məşqçi kimi işləyən Sergey Rebrov gətirilib. O, mövsümün sonuna qədər "Dinamo"nu çalışdıracaq.

Qeyd edək ki, Rebrov futbolçu karyerası ərzində 1992-2000 və 2005-2008-ci illərdə “Dinamo”da çıxış edib. Xatırladaq ki, rəhbərlik Premyer Liqanın son turunda "Şaxtyor"a 0:2 hesablı məğlubiyyətdən sonra O.Bloxinlə yolları ayırmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm