İdman
“Real”dan Ronaldonu kölgədə qoyacaq təklif
Transferlərə külli miqdarda vəsait xərcləyən İspaniya nəhəngi "Real" futbol tarixinin növbəti ən bahalı transferini həyata keçirməyə hazırlaşır.
Publika.az xəbər verir ki, Kriştianu Ronaldo (94 milyon avro), Qaret Beyl (91 milyon avro) və Zinəddin Zidanın (70 milyon avro) transferləri ilə bu sahədə ilk üç pilləni özündə saxlayan “qalaktikos” bu dəfə "Liverpul"un hücumçusu Luis Suaresi heyətinə qatmağı planlaşdırır.
Təxminən bir ay əvvəl "Liverpul"a 85 milyon avroluq təklif göndərən, ancaq müsbət cavab ala bilməyən "Real" Premyer Liqanın bombardirinə 110 milyon avro təklif etməyi düşünür. Suares "Real"a transfer olunacağı təqdirdə həftəsinə 327 min avro qazanacaq.
Madrid təmsilçisi bu məbləği qarşılamaq üçün Alvaro Morata, Fabio Koentrao, Sami Hedira kimi futbolçuları satışa çıxarmağı düşünür.
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO