Boksçularımız özbəklərlə qarşılaşacaq
Bizi izləyin

İdman

Boksçularımız özbəklərlə qarşılaşacaq

Boksçularımız özbəklərlə qarşılaşacaq

İki boksçumuz Bolqarıstanın paytaxtı Sofiyada keçirilən gənclər arasında dünya birinciliyinin ən azı bürünc medalını təmin edib.

52 kq çəki dərəcəsində mübarizə aparan Məsud Yusifzadə aprelin 23-də keçiriləcək yarımfinalda Böyük Britaniya nümayəndəsi Məhəmməd Əli ilə qarşılaşacaq. Publika.Az xəbər verir ki, komandamıza medal qazandıran digər boksçu Rüfət Hüseynovdur. 49 kq-da yarışan həmyerlimiz yarımfinal görüşündə özbəkistanlı Süleyman Latipovla üz-üzə gələcək.

Superağır çəki dərəcəsində çıxış edən Məhəmmədəli Tahirov isə ¼ finalda mübarizəni dayandırıb. Milli komandamızın üzvü Rusiyanı təmsil edən Marat Kerimxanova məğlub olub (0:3).

Çində keçiriləcək yeniyetmələrinII Olimpiya oyunlarına lisenziya xarakteri daşıyan dünya birinciliyi aprelin 24-də başa çatacaq.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm