Kəllə atan futbolçu 10 min manat cərimələndi
Bizi izləyin

İdman

Kəllə atan futbolçu 10 min manat cərimələndi

Kəllə atan futbolçu 10 min manat cərimələndi

AFFA-nın Nizam-İntizam Komitəsinin iclası keçirilib. İclasda Topaz Premyer Liqasının XXXI turunun görüşlərində baş verən neqativ hallara hüquqi qiymət verilib.

Komitə “Bakı”nın futbolçusu Araujo Santosa ağır cəza verib. “İnter”lə ev oyununda qırmızı vərəqə aldıqdan sonra baş hakim Rəhim Həsənova kəllə atan Etto ləqəbli legioner 10 oyunluq meydanlardan kənarlaşdırılıb və klubunu 10 min manat ziyana salıb.

“Neftçi”nin futbolçusu Araz Abdullayev isə azarkeşləri təhqir etməsinin cəzasını çəkəcək. “Sumqayıt”la ev oyununun sonlarında yol verdiyi hərəkət yarımmüdafiəçinin 3 oyunluq cəza alması ilə nəticələnib. “Neftçi” isə 2 min manat ödəməli olacaq.

Bu qarşılaşmada ikinci sarı vərəqə ilə meydandan qovulan Uğur Pamuk isə 1 oyunluq cəzalanıb və “Sumqayıt”ı 200 manat xərcə salıb.

“Simurq” – “Qarabağ” matçının 35-ci dəqiqəsində meydan sahiblərinin azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm