İdman
Məhkəmə “Neftçi”nin iddiasını rədd etdi
“Neftçi” klubunun “Sport Favorit” qəzetini məhkəməyə verməsi ilə bağlı məlumat vermişdik.
Xatırladaq ki, klub prezidenti Sadıq Sadıqov, vitse-prezident Tahir Süleymanov, mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə şərəf və ləyaqətlərinin təhqir olunduğunu əsas gətirərək, mülki qaydada Nəsimi rayon məhkəməsinə müraciət etmişdilər. İddiaçılar qəzetdən 100 min manat tələb edirdilər. Nəsimi rayon məhkəməsinin hakimi Şahin Abdullayev “Neftçi” rəhbərliyinin iddiasını qismən təmin edərək, qəzeti 5 min manat cərimə etmişdi. Qərardan narazı qalan “Sport Favorit” Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermişdi. Maraqlıdır ki, “Neftçi” rəhbərliyi də Nəsimi rayon məhkəməsinin qərarından narazılıq edərək apellyasiya şikayəti verib.
Publika.az xəbər verir ki, Bakı şəhər Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında hakim İsmayıl Xəlilovun sədrliyi ilə keçən prosesdə “Neftçi”nin iddiası qəbul edilməyib. “Sport Favorit”in iddiası isə qismən təmin olunub. Məhkəmənin hökmü ilə Nəsimi rayon məhkəməsinin çıxardığlı 5 min manat cərimə qərarı ləğv olunaraq 1000 manata endirilib.
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda DƏHŞƏT: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK