Həbsdə olan azarkeş "Xəzər Lənkəran" rəhbərliyini biabır elədi
Bizi izləyin

İdman

Həbsdə olan azarkeş "Xəzər Lənkəran" rəhbərliyini biabır elədi

Həbsdə olan azarkeş "Xəzər Lənkəran" rəhbərliyini biabır elədi

"Xəzər Lənkəran" - "Neftçi" oyunundan sonra həbs olunan cənub klubunun azarkeşi Elman Tağıyev müraciət yayıb. Publika.az müraciəti qısa ixtisarla dərc edir:

"Əvvəla bütün "Xəzər Lənkəran" azarkeşlərinə salam! Adlar çəkmirəm. Sanmayın unutmuşam, hamınız qəlbimdəsiniz!

Mən Tağıyev Elman ("Xəzər Lənkəran" azərkeşləri içində "Eliko" kimi tanınan) 25.08.2013 cu il tarixindən həbsdəyəm. Həbsin səbəbi araşdırılır və nəticəsi az-çox bəllidi. Böyük ehtimalla həbs olunacam. Mənə təsir edən məqam isə "Xəzər Lənkəran" klubunun rəhbərliyinin “Biz həmişə azarkeşlərimizin arxasındayıq” ifadəsidi. Ağız dolusu peşəkarlıqdan danışan "Xəzər Lənkəran" rəhbərliyi, hanı sənin "peşəkarlığ"ın?! 5 aydı ki, Kürdəxanı təcridxanasındayam. Mənimlə birlikdə 4 nəfər də "Xəzər Lənkəran" azərkeşi var! "Biz tutulanların arxasındayıq" deyəndə utanmadınız?! Mənə, yəni Tağıyev Elmana, Əkbərov Aqşinə, İbrahimli Elmana və Abdulayev Elçinə heç nəyiniz lazım deyil. Sadəcə, mətbuata yalan açıqlamalarla heç kimi aldatmayın, heç olmasa

tutulanlar haqda maraqlanmısız ki, kimlərdi? Xeyr, uzağı tanıdığınız mən olaram, o adların içində. Çünki, çox sağ olsun dostlar, məni "facebook" və KİV-də tez-tez işıqlandırıblar.

Həmişə “Neftci”nin peşəkarlığını bəyənmirsiz, pisləyirsiz! "Neftçi"nin rəhbərliyindən tutmuş oyunçularına qədər hər kəs 5 aydı həbsdə olan klubun azarkeşi Ərəbov Zaura hər cür dəstək verir.

Bir daha deyirik, bizə sizin heç nəyiniz lazım deyil. Biz nəyəsə görə, kiməsə görə azarkeşlik etmirik. Əgər belə olsaydı, sizin "pul", "dönər" alan azarkeşlər sırasında olardım və heç həbsə də düşməzdim. Biz bu komandanı qarşılıqsız sevdik. "Ağ-yaşıl" şərfə isindik, sevgimizi istər sosial şəbəkədə, istərsə də tribunada anlatdıq.

Özümüzə rəqib görmədik. Yenə də görmürəm.

Nəzərinizə çatdırım ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3 maddəsi ilə bizə 3 ildən 7 ilədək azadlıqdan məhrum etmə cəzası tətbiq oluna bilər. Baxmayaraq ki, bizim günahımız yoxdu. Bizlər bu klubu, o "ağ-yaşıl" rəngləri sevdik və bu komandanı dəstəklədik. 3 il, 5 il, 7 il dustaq olarıq. Amma bundan sonra siz nə insanlıqdan, nə də "peşəkarlıq"dan danışmayın.

Mətbuatda yazıldı ki, guya bizə görə Höccət Hacıyevi məhkəməyə göndərmişiz? Xeyr! Məhkəmə Höccət Hacıyevi zərərçəkmiş şəxs qismində dəvət etmişdi. Zərərçəkmiş şəxs kimi olmasaydı o, da məhkəmə zalında iştirak etməzdi, necə ki, "Xəzər Lənkəran" rəhbərliyi iştirak etmədi. Siz günahsız azarkeşin arxasında dura bilmədiz. Düz 5 aydı Bakı-Lənkəran yolundayıq. Yalandan, gözdən pərdə asmaq üçün özünüzü reklam etməyin.

3 ay bundan əvəl "Xəzər Lənkəran" futbol klubunun rəhbəri KİV-də müsahibəsində bildirmişdi ki, qış fasiləsində istintaq altında olanların yaxınları ilə görüşəcəyik. Bəsdirin, iç üzünüz çoxdan açılıb. Heç nəyiniz bizə lazım deyil!

Heyf belə azarkeşlərdən ki, onlar o klub üçün ölməyə belə hazırdı! Bəs siz? Biz bu komandanı nəyə görəsə və kimə görəsə sevməmişik, sevmərik də! Biz bu komandanı ürəkdən sevmişik, sevecəyik də!

Azarkeşlərə səslənirəm ki, mənim kimi divarlar arasına düşməyin, çünki öz "peşakarlığı" ilə seçilən "Xəzər Lənkəran" rəhbərliyi sizlərin arxasında durmayacaq!

Növbəti məhkəmə 22 yanvar tarixinə, saat 09.30 salınıb. Məni tanıyan bütün azarkeşləri və KİV nümayəndələrini məhkəməyə dəvət edirəm. Sağ olun".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm