.jpg)
Bu gün Bakıda Futzal üzrə UEFA Kubokunun final mərhələsi başlayır.
Publika.az xəbər verir ki, Bakıda keçiriləcək final mərhələsinin oyunlarının təbliğ edilməsi məqsədilə reklam avtomobilindən istifadə edilir. Reklam avtomobili aprelin 21-dən etibarən Bakı şəhərinin müxtəlif küçələrindən keçməklə turnirin təbliğinə yardımçı olur.
Qeyd edək ki, bu gün baş tutacaq yarımfinal görüşlərində Azərbaycan təmsilçisi “Araz” İspaniya “Barselona”sı ilə, Rusiya “Dinamo”cu Qazaxıstan “Kayrat”ı ilə üz-üzə gələcək.