İdman
“Qartallar” “bülbüllər”ə necə dəstək oldu? - VİDEO
“Beşiktaş” klubu “Fənərbaxça”ya dəstək olub. Publika.Az xəbər verir ki, “qaralı-ağlı” klub “Rizespor”la matçda böyük ehtimalla çempionluğunu rəsmiləşdirəcək “Fənərbaxça”ya verilən “azarkeşsiz oynamaq” cəzasının ləğv edilməsi çağırışını edib.
“Beşiktaş”ın rəsmi saytında məsələylə bağlı belə açıqlama verilib:"Beşiktaş” klubu olaraq, bu zamana qədər türk futbolunun inkişafına xidmət etdik. Hər kəs bilir və qəbul edir ki, futbol dünyanın ən gözəl oyunudur. Ancaq futbol tərəfdar varsa, gözəldir və hər şey tərəfdarın gözəl futbol seyr etməsi, əylənməsi və coşması üçündür. Bu səbəblə çox önəmli bir mövzuya diqqət çəkmək istəyirik. Məlum olduğu kimi, 2013-2014 futbol mövsümünün sonuna yaxınlaşdıq və əzəli rəqibimiz "Fənərbaxça" çempionluğunu elan etməyi hədəfləyir. "Fənərbaxça" İdman Klubunun idarəçiləri, tərəfdarlarə TFF-nin verdiyi bir matç “azarkeşsiz oynamaq" (qadın və uşaq tamaşaçılara açıq) cəzası səbəbiylə çempionluğu qeyd etmə planlarını təxirə salmaq məcburiyyətindədirlər. Arbitraj heyəti bu cəzanı təsdiqlədi, "Fənərbaxça"nın təxirə salma tələbini də rədd etdi.
Biz də deyirik ki, futbol sevgidir, dostluqdur, qardaşlıqdır. Futbol tərəfdarla bir olma, coşma və bayram etməkdir. Elə buna görə də, Türkiyə Futbol Federasiyası, çempionluq coşğusu yaşamaq istəyən "Fənərbaxça" tərəfdarı üçün bu cəzaya möhlət versin, ya da qaydalar daxilində başqa bir cəza versin”.
Aygün İlqarqızı
-
Sosial11:28
Sabah 31 dərəcə isti olacaq
-
Magazin111:01
Aktyor xalq artistinə belə cavab verdi: "Bu, onun başı üçün deyil"
-
Magazin110:31
Faiq Brillianta gözlənilməz sözlər dedi: "Allah bircə balasını..." - VİDEO
-
MDB10:21
FTX 5 ildir izləyirmiş: Generalın həbsinin detalları
-
Dünya09:48
İlber Ortaylıdan üzücü xəbər
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...
-
İdman08:24
Polis kluba BASQIN ETDİ: iki futbolçu zorlama ittihamı ilə saxlanıldı
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO