Türkiyədən “Qarabağ”a 1 milyonluq təklif
Bizi izləyin

İdman

Türkiyədən “Qarabağ”a 1 milyonluq təklif

Türkiyədən “Qarabağ”a 1 milyonluq təklif

Ölkə çempionluğunu rəsmiləşdirməyə hazırlaşan “Qarabağ” mövsümüm sonunda əsas futbolçularından olan Reynaldonu itirə bilər. Sərgilədiyi oyunla Azərbaycanda hamının rəğbətini qazanan braziliyalının parlaq oyunu digər ölkə menecerlərinin də diqqətini cəlb edib.

Publika.az xəbər verir ki, Reynaldoya “Sivasspor” elçi düşüb. Türkiyə klubu braziliyalı futbolçuya görə “Qarabağ”a 1 milyon avroluq təklif irəli sürməyə hazırlaşır. Bu transferin gerçəkləşməsini “Sivasspor”un məşhur brazilyalı məşqçisi Roberto Karlos istəyib. O, Reynaldonun bu mövsüm çıxışlarını izləyib və “Qarabağ”lı futbolçunun onun komandasına da xeyir verəcəyi qənaətinə gəlib.

Məlumat üçün deyək ki, hazırda Türkiyə Super Liqasında 5-ci pillədə olan “Sivasspor” Avropa Liqasına vəsiqə qazanmağa yaxındı. Qeyd edək ki, Reynaldo 19 qolla Premyer Liqanın bombardirlər siyahısında ilk pillədə yer alıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm