Messi pərəstiş etdiyi futbolçunun adını açıqladı
Bizi izləyin

İdman

Messi pərəstiş etdiyi futbolçunun adını açıqladı

"Sənin doğum gününü təbrik edirəm. Ümid edirəm ki, əla bir gün yaşayacaqsan. Mən həmişə sənə pərəstiş etmişəm. Səninlə görüşdüyüm günü isə heç vaxt unutmuram. Səni bağrıma basıram"

Sentyabrın 27-də "Roma"nın əfsanəvi futbolçusu Françesko Totti 40 yaşını qeyd edib. Ad günü ərəfəsində "Torino" ilə oyunda fərqlənən Totti "Roma"da 250-ci qolunu vurub.

Publika.az xəbər verir ki, Tottini bir sıra ünlü şəxslər təbrik ediblər. "Barselona"nın lideri Lionel Messi də Françeskonu təbrik edib. O, Tottiyə ünvanladığı təbrik mesajında ona pərəstiş etdiyini bildirib:

"Salam, Françesko. Sənin doğum gününü təbrik edirəm. Ümid edirəm ki, əla bir gün yaşayacaqsan. Mən həmişə sənə pərəstiş etmişəm. Səninlə görüşdüyüm günü isə heç vaxt unutmuram. Səni bağrıma basıram".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm