Mafiya məşhurun villasını yandırdı - FOTO
Bizi izləyin

İdman

Mafiya məşhurun villasını yandırdı - FOTO

"Real"ın ulduzu Qaret Beylin başı mafiya ilə dərddədir.

"Real"ın ulduzu Qaret Beylin başı mafiya ilə dərddədir.

Publika.az xəbər verir ki, uelsli futbolçunun villası yandırılıb. Buna səbəb Beylin nişanlısı Emma Ris-Yonesin model qohumu Epipani Drinqin içində təxminən 110 min avro qızıl-ziynət əşyasının olduğu çemodanla yoxa çıxması olub. Mafiya ilə bağlantısı olan Drinqdən 5 həftədir məlumat yoxdur.

Modelin anası "Qızımla 5 həftədir əlaqə saxlaya bilmirik. O, əsasən babası ilə Kardiffdə qalırdı" deyib.

Bütün axtarışlara rəğmən, Epipanini tapa bilməyən mafiya üzvləri bunun acığını Beyldən çıxıb. Onlar futbolçu və nişanlısına məxsus villanı yandırıb. İndi polis Beylin İspaniyadakı evinin önündə qarovul çəkir.

Bundan başqa, "Real"ın "Las Palmas"la keçirdiyi matç zamanı "Santa Catalina"da Beyli qorumaq üçün 3 polis əməkdaşı ayrılıb. Futbolçu 24 saat mühafizə altında saxlanılır.

Yandırılan villa

Epipani Drinq

Qaret Beyl və nişanlısı Emma Ris-Yones

Oxumağa davam et
Reklam
Reklam

Gündəm