“Qarabağ”ın oyununda Batistuta sədaları
Bizi izləyin

İdman

“Qarabağ”ın oyununda Batistuta sədaları

Batistuta sentyabrın 29-da keçiriləcək "Fiorentina" - "Qarabağ" görüşünü də izləyəcək.

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Fiorentina"nın sabiq futbolçusu Qabriel Batistutaya Florensiya şəhərinin fəxri vətəndaşlığı veriləcək.

Publika.az xəbər verir ki, "Batiqol"a bu adın verilməsinin təqdimetmə mərasimi "Fiorentina" - "Qarabağ" oyunundan əvvəl keçiriləcək.

Argentinalı keçmiş hücumçu xeyriyyə matçında da iştirak edəcək. Oktyabrın 3-də "Artemio Franki" stadionunda İtaliyanın veteran futbolçulardan ibarət millisiylə dünya yığması üz-üzə gələcək.

Batistuta sentyabrın 29-da keçiriləcək "Fiorentina" - "Qarabağ" görüşünü də izləyəcək.

Qabriel Batistuta "Fiorentina"nın şərəfini 1991-2000-ci illərdə qoruyub. O, bu komandanın heyətində 269 oyunda 168 qol vurub və klubun canlı əfsanəsi sayılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm