84 dəqiqədən sonra hamı ondan danışacaq
Bizi izləyin

İdman

84 dəqiqədən sonra hamı ondan danışacaq

2010/11 mövsümündə qeydə alınan klub rekordu isə Pavel Doroşevə məxsusdur.

Azərbaycan Premyer Liqasında 1-ci dövrəyə yekun vurulub.

Publika.az xəbər verir ki, 7-ci turda “Qarabağ”ı 2:0 hesabı ilə məğlub edən “Qırmızı-qaralar”ın qapıçısı Dmitri Bezotosnının quru seriyası artıq 868 dəqiqəyə çatıb. Ukraynalı qolkiperin bu göstəricisi Azərbaycan çempionatlarının 7-cisi, “Qəbələ”nin 2-cisidir.

2010/11 mövsümündə qeydə alınan klub rekordu isə Pavel Doroşevə məxsusdur. Latviyalı 952 dəqiqə qol buraxmayıb. Onun rekordunu təkrarlamaq üçün Bezotosnıya “İnter”lə matçda 84 dəqiqə qapısını toxunulmaz saxlamaq lazımdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm