Ronaldo FETÖ-nü dəstəkləyən idmançıyla eyni oteldə - FOTOLAR
Bizi izləyin

İdman

Ronaldo FETÖ-nü dəstəkləyən idmançıyla eyni oteldə - FOTOLAR

Həyat təkcə futbol demək deyil. Futbol mənim ehtirasımdır, amma gələcək barədə də düşünmək lazımdır.

“Real”ın ulduz futbolçusu Kriştiano Ronaldo Funşaldan sonra Lissabonda da otel tikdirib.

Publika.az xəbər verir ki, CR7 şəbəkəsinə aid olan 4 ulduzlu mehmanxananın açılışında 31 yaşlı hücumçunun özü də iştirak edib.

Ronaldo Lissabonda otel tikdirməsini bu şəhərin ona doğma olmağı ilə əlaqələndirib: “Həyat təkcə futbol demək deyil. Futbol mənim ehtirasımdır, amma gələcək barədə də düşünmək lazımdır. Karyeramın bir hissəsi Lissabonda keçib. Burada 7 il keçirmişəm. Odur ki, Lissabonda otel açmaq şansını əldən verə bilməzdim”.

Maraqlıdır ki, Ronaldonun açılışa dəvət etdiyi qonaqlar arasında Fethullahçı Terror Təşkilatının (FETÖ) lideri Fətullah Güləni dəstəkləyən basketbolçu Enes Kanter də olub.

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm