• USD 1,7000 0,00% EUR 2,0246 +0,42%
    • GBP 2,3650 +0,84% RUB 0,0233 0,00%

Məşhur boksçu hamını aldatdı – “Getmirəm”

  • İdman
  • 4 Oktyabr 2016 10:06
  • 692 Baxış
Məşhur boksçu hamını aldatdı – “Getmirəm”

Ümumdünya Boks Assosiasiyası (WBA) və Ümumdünya Boks Təşkilatı (WBO) versiyaları üzrə super ağır çəkidə dünya çempionu olan böyük britaniyalı Tayson Fyuri karyerasını başa vurması haqda yayılan xəbərlərin həqiqətə uyğun olmadığını bildirib.

Publika.az xəbər verir ki, məşhur boksçu "Twitter" sosial şəbəkəsindəki səhifəsində zarafat edib və fikirlərini belə əsaslandırıb:

"Ha ha ha... "Qaraçı kral"dan belə rahat şəkildə qurtula bilməyəcəksiz. Heç yerə getmirəm. Sadəcə mətbuatın sayıqlığını görmək istəyirdim”.

Qeyd edək ki, dünən Fyuri "Twitter" hesabında karyerasını bitirdiyini yazmışdı.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR