"Fənərbaxça" Türkiyə çempionu oldu - FOTO
Bizi izləyin

İdman

"Fənərbaxça" Türkiyə çempionu oldu - FOTO

Futbol üzrə Türkiyə liqasının 31-ci turunda ölkə çempionunun adına aydınlıq gəlib.

Türkiyə Super Liqasının qalibi müəyyənləşib. "Fənərbaxça" 2013/14 mövsümünün qalibi olub.

İstanbul klubu XXXI tur çərçivəsində bu gecə "Çaykur Rizəspor"u qəbul edib. TFF "Şükrü Saracoğlu" stadionunu cəzalandırdığından matç qadın və uşaq azarkeşlərin iştirakı ilə keçirilib. 90 dəqiqə ərzində qapılara qol vurulmayıb - 0:0. Bununla da "Fənərbaxça" mövsümün sonuna 3 tur qalmış çempionluğunu elan edib.

Qeyd edək ki, İstanbul klubu tarixi ərzində 19-cu dəfə Türkiyə çempionu olub. "Fənərbaxça" sonuncu dəfə 2010/11 mövsümündə qızıl medallara sahib çıxmışdı. Bununla da "Fənərbaxça" və "Qalatasaray" arasında çempionluq sayı bərabərləşib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm