“Qalatasaray”da 14 yaşlı vunderkind - TARİXƏ DÜŞDÜ - - FOTOLAR
Bizi izləyin

İdman

“Qalatasaray”da 14 yaşlı vunderkind - TARİXƏ DÜŞDÜ - - FOTOLAR

Bununla da o, "Qalatasaray" tarixində əsas komandada forma geyinmiş ən gənc futbolçu olub.

"Qalatasaray" futbol klubu milli komandaların oyunlarına görə yaranmış fasilədən yararlanaraq yoxlama oyunu keçirib.

Publika.az xəbər verir ki, İstanbul klubu Bolqarıstanda "Levski" ilə üz-üzə gəlib. Oyun "Qalatasaray"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qollara 11-ci dəqiqədə Josue, 68-ci dəqiqədə Hamit Altıntop imza atıb.

Oyun daha çox 14 yaşlı futbolçunun "Qalatasaray"ın əsas heyətində debüt etməsi ilə yadda qalıb. Belə ki, baş məşqçi Jan Olde Riekerink 89-cu dəqiqədə 2002-ci il təvəllüdlü Mustafa Kapıyı meydana buraxaraq debüt şansı verib. Bununla da o, "Qalatasaray" tarixində əsas komandada forma geyinmiş ən gənc futbolçu olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm