İlin ən yaxşı pleymeykeri bəlli oldu
Bizi izləyin

İdman

İlin ən yaxşı pleymeykeri bəlli oldu

İneysta ardıcıl 2-ci ildir ki, bu nominasiyada qələbə qazanıb. O, 132 xal yığmaqla Məsut Özili 38 xal qabaqlayıb

“Barselona”nın ulduzu İnyesta Beynəlxalq Futbol Tarixi Statistikası (İFFHS) tərəfindən “İlin pleymeykeri” nominasiyasında qalib olub.

Publika.az xəbər verir ki, İneysta ardıcıl 2-ci ildir ki, bu nominasiyada qələbə qazanıb. O, 132 xal yığmaqla Məsut Özili 38 xal qabaqlayıb. Ötən il Andresin 146 xalı var idi. Lakin 2-ci yerdəki Xavi ilə fərq cəmi 18-ə bərabər olub.

Xatırladaq ki, İnyestadan əvvəl Zinəddin Zidan (2006),Kaka (2007) və Xavi (2008-2011) də ilin ən yaxşı pleymeykeri seçiliblər. Səsvermədə 70 ölkənin ekspertləri iştirak edib.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm