7-Cİ SANİYƏ: Tarixdə ən erkən qol - - VİDEO
Bizi izləyin

İdman

7-Cİ SANİYƏ: Tarixdə ən erkən qol - - VİDEO

DÇ-2018-in seçmə mərhələsinin dünən keçirilən oyunlarında rekord qeydə alınıb.

DÇ-2018-in seçmə mərhələsinin dünən keçirilən oyunlarında rekord qeydə alınıb. Belə ki, dünya çempionatının seçmə və final mərhələlərinin ən erkən qolu vurulub.

Publika.az xəbər verir ki, tarixi hadisə Belçika ilə Cəbəllütariqin oyununda gerçəkləşib. Belçika yığmasının hücumçusu Kristian Benteke adını futbol tarixinə yazdırıb.

Hücumçu qarşılaşmanın 7-ci saniyəsində qol vurmağı bacarıb. O, bu göstəricidə San-Marino yığmasının futbolçusu David Qvalterini geridə qoyub. Qvalteri 1993-cü ildə İngiltərə ilə oyunun 8-ci saniyəsində fərqlənmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm