İdman
İngiltərə “ən yaxşılar”ı seçdi
“Liverpul”un bombardiri Luis Suares İngiltərə Premyer Liqasında mövsümün ən yaxşı futbolçusu seçilib.
Publika.az xəbər verir ki, Suares Peşəkar Futbol Assosiasiyasının (PFA) seçimində hamını qabaqlayıb. Futbolçu məsələyə belə münasibət bildirib: “Premyer Liqada həqiqətən də güclü futbolçular çıxış edirlər. Peşəkarların məni ən yaxşı seçmələri böyük şərəfdi. Ancaq bu, təkcə mənim yox, həm də komanda yoldaşlarımın əməyidi. Onların köməyi olmadan bu nailiyyəti qazana bilməzdim”.
Qeyd edək ki, Suares bu mövsüm “Liverpul”un heyətində 30 qol vurub, 12 məhsuldar ötürmə edib.
Ötən il anoloji mükafatı hazırda “Real”da çıxış edən Qaret Beyl almışdı.
Mövsümün ən yaxşı gənc futbolçusu isə “Çelsi”nin yarımmüdafiəçisi Eden Azar seçilib.
Mövsümün simvolik komandası da müəyyənləşib:
Peter Çex (“Çelsi”), Lyuk Şou (“Sautqempton”), Vensan Kompani (“Mançester Siti”), Qari Keyhl (“Çelsi”), Şeymus koulman (“Everton”), Eden Azar (“Çelsi”), Yaya Ture (“Mançester Siti”), Stiven Cerrard (“Liverpul”), Adam Lallana (“Sautqempton”), Luis Suares (“Liverpul”), Daniel Starric (“Liverpul”).
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR